Son yeniləmə: 16 Yanvar 2024 16:29
BAYRAQDAR MEDİA – “2023-cü ildə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada dövlət və özəl qurumlara, kənd xidmət mərkəzlərinə və təhsil müəssisələrinə, ümumilikdə, 40 min metrə yaxın müxtəlif lifli fiber-optik kabel xətləri çəkilib”.
Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, həmçinin, istismar müddətində fiber-optik xətlərdə yaranmış nasazlıqlar nazirliyin mütəxəssisləri tərəfindən operativ olaraq aradan qaldırılıb.