Press "Enter" to skip to content

“Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihə

Qədim Misir incəsənəti

BAYRAQDAR MEDİA – Azərbaycan Milli İncəsənət Muzeyi “Uşaqlar üçün incəsənət tarixi” adlı yeni layihəyə başlayır.

Layihə çərçivəsində uşaqlar sərgüzəştlərlə dolu sənət dünyasına qərq olacaq, müxtəlif dövrlərə səyahət edəcəklər. Azərbaycan və dünya incəsənətinin əhatə olunduğu layihədə balacalar qədimdən günədək incəsənət tarixi haqqında yeni biliklər əldə edəcək, mühazirələr dinləyəcək, tarixə və mədəniyyətə təsir göstərmiş şah əsərlərlə tanış olacaqlar. Həmçinin buraya tematik ekskursiyalar, filmlər, ustad dərsləri, bir-birindən əyləncəli viktorina və kvestlər daxildir.

Muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Türkan Cəfərzadə sözügedən layihə haqqında BAYRAQDAR MEDİA-ya məlumat verdi: “Bildirim ki, bu layihə yenidir və yanvarın 14-dən başlayır. Yanvar ayı Qədim Misir incəsənətinə həsr edilib. Digər aylarımızda da Azərbaycan və dünya incəsənətinə müraciət ediləcək. Layihənin əhatə etdiyi proqramlar hər həftənin şənbə və bazar günləri keçiriləcək. Yanvar proqramında uşaqlar Misir incəsənətinin tarixini, piramidalarını, fironların sirli dünyasını kəşf edəcək, qədim misirlilərin dünyagörüşü, məişəti, geyim tərzi və s. haqqında biliklər öyrənəcəklər. Həm də onlar özləri firon maskası, sinə bəzəyi-pektoral və bu zəngin mədəniyyətdən bizə yaxşı məlum olan digər bəzək aksessuarları hazırlayacaqlar”.

İncəsənət tarixi
İncəsənət tarixi

Qeyd edək ki, layihədə öncədən qeydiyyatdan keçmək üçün 012 492 07 07 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Mission News Theme by Compete Themes.