Press "Enter" to skip to content

Turizm perspektivlərinin müzakirəsi

Görüşdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Yanvarın 15-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentliyin mətbuat xidmətindəjn daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı turist səfərlərinin sayının artırılması, turizm əlaqələrinin genişləndirilməsi və əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı F.Nağıyev 2024-cü il ərzində Səudiyyə Ərəbistanında bir sıra marketinq tədbirlərinin təşkil ediləcəyini qeyd edib. İ.B.S.Ə.Cuteyli öz növbəsində Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycanı uzunmüddətli səfərlər üçün uyğun destinasiyalardan biri hesab etdiklərini diqqətə çatdırıb. Görüş çərçivəsində Azərbaycan vətəndaşları üçün viza sadələşdirmə proseduru haqqında fikir mübadiləsi aparılıb”.

Yanvarın 15-də F.Nağıyev, həmçinin İordaniya Haşimilər Krallığının Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharı qəbul edib. Qəbulda ölkələr arasında qarşılıqlı təbliğat tədbirlərinin həyata keçirilməsi və birbaşa aviareyslərin açılması məsələləri müzakirə edilib.

Agentlik sədri Tacikistanın fövqəladə və səlahiyyətli səfiri İlxom Abduraxmonla görüşündə iki ölkə arasında mövcud aviareyslərin artırılması istiqamətində işlərin aparılması və turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə turizm əlaqələrinin gücləndirilməsi məqsədi ilə Yol Xəritəsi üzərində işlənilməsi təklif olunub.

Mission News Theme by Compete Themes.