BAYRAQDAR MEDİA – Yanvarın 25-də Opera Studiyasında bəstəkar Fikrət Əmirovun 3 pərdəli “Sevil” operası nümayiş olunacaq.
Bu haqda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, “operada Əməkdar artist İlahə Əfəndiyeva (Sevil), Əməkdar artist Azər Zadə (Balaş), Əməkdar artist İnarə Babayeva (Dilbər), Xalq artisti Fidan Hacıyeva (Gülüş), Sadiq Məlikov (Babakişi, Sevilin atası), Taleh Yahyayev (Atakişi, Balaşın atası), Əməkdar artist Tural Ağasıyev (Əbdüləli bəy), Fəhmin Əhmədli (Məmmədəli bəy), Esmira Məmmədova (Tafta), Nəzər Bəylərov (Azançı) iştirak edəcək”.
Qeyd edək ki, opera saat 19:00-da başlayacaq.