Son yeniləmə: 15 Yanvar 2024 13:00
Naxçıvanda 2023-cü il ərzində dörd min beş yüzə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb
BAYRAQDAR MEDİA – 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasında dörd min beş yüzə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikasın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bəhs edilən dövrdə,həmçinin əhalinin internetə olan tələbatının ödənilməsi və sürətinin artırılması məqsədilə rayon, şəhər və kəndlərdə istismarda olan avadanlıqların tutumları artırılıb.