Press "Enter" to skip to content

Hava şəraiti ilə bağlı 75 nəfər xəsarət alıb

Səhiyyə Nazirliyi

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 137 nəfər müraciət edib. Onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”.

Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə ciddi fərq olmayıb. Digər günlərdə müvafiq olaraq 140, 127 və 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.

Mission News Theme by Compete Themes.