Press "Enter" to skip to content

Güney Azərbaycanda tarixi soyqırım

Ərdəbil şəhərinin ən qiymətli tarixi abidələrindən biri olan Cümə məscidi baxımsızlıq ucbatından dağılıb

Son yeniləmə: 15 Yanvar 2024 15:15

Ərdəbil şəhərindəki tarixi əsərlər taleyin ümidinəı buraxılıb

BAYRAQDAR MEDİA – İran administrasiyasının türk mədəniyyətini məhv etmək cəhdləri davam edir.

Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Güney Azərbaycanın Ərdəbil şəhərinin ən qiymətli tarixi abidələrindən biri olan Cümə məscidi baxımsızlıq ucbatından dağılıb”. Məlumata əsasən, Güney Azərbaycanlı fəallar minlərlə illik tarixi abidənin üst bəzəyi olan naxışlı kaşıların məhv edildiyini, qar və yağış suyunun məscidin tavanını zədələdiyini bildiriblər: “Fəalların sözlərinə görə, məscidin təmiri və mühafizəsi ilə bağlı Ərdəbil Vilayəti Mədəni İrs İdarəsinə edilən müraciətlər cavabsız qalıb. Ərdəbildə Səlcuqlar dövründə tikilmiş 800 illik Cümə məscidi 1980-ci ildən bəri taleyin ümidinə buraxılıb. O zaman məscidin yerləşdiyi küçənin genişləndirilməsi adı ilə tarixi abidənin bir hissəsi sökülüb”.

Məlumatda, həmçinin “Digər tərəfdən, fəallar Ərdəbil vilayəti daxil olmaqla Güney Azərbaycanın müxtəlif bölgələrində onlarla tarixi abidənin bu vəziyyətdə olduğunu bildirirlər. İranın Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli rəsmiləri deyirlər ki, tarixi abidələrin bərpası və mühafizəsi üçün mərkəzdən kifayət qədər büdcə ayrılmır” deyə qeyd edilib.

Mission News Theme by Compete Themes.