Press "Enter" to skip to content

“Çağrı Mərkəzi” 5 mindən çox zəng qəbul edib

Son yeniləmə: 15 Yanvar 2024 17:27

BAYRAQDAR MEDİA – 2023-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 5199 zəng qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “daxil olan zənglərin 4 min 580-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 320-i təşəkkür xarakterli, 299-u isə digər məsələlərlə bağlı olub. Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb”.

Qeyd edilib ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. “Çağrı Mərkəzi”nin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.

Mission News Theme by Compete Themes.