Press "Enter" to skip to content

2024-cü ilin yeni büdcə qanunu

Sadır Caparov

Son yeniləmə: 15 Yanvar 2024 12:05

BAYRAQDAR MEDİA – Qırğızıstan Prezidenti Sadır Caparov “Qırğızıstan Respublikasının 2024-cü il üçün respublika büdcəsi və 2025-2026-cı illər üzrə planlaşdırma dövrü haqqında” Qırğız Respublikasının Qanununu imzalayıb. Qanun Joqorku Keneş tərəfindən 2023-cü il dekabrın 14-də qəbul edilib.

Bu barədə bulak.kg saytı məlumat yayıb.

Bildirilib ki, “qanunun məqsədi ortamüddətli büdcə dayanıqlığını və dövlət maliyyəsinin səmərəli idarə olunmasını təmin etməkdir. Qanun Qırğızıstan Respublikasının 2024-cü il üçün respublika büdcəsinin gəlirləri üçün 378 milyard 405 milyon 583,1 min som və xərclərin 367 milyard 493 milyon 223,5 min som məbləğində təsdiqini nəzərdə tutur”.

Məlumata görə, eyni zamanda, Qırğızıstan Respublikasının 2024-cü il üçün respublika büdcəsinin profisiti 10 milyard 912 milyon 359,6 min som məbləğində müəyyən edilib ki, bu da maliyyə aktivləri ilə əməliyyatların aparılması xərclərinin maliyyələşdirilməsinə və xərclərin ödənilməsinə yönəldilməsi təklif edilir.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Mission News Theme by Compete Themes.