Press "Enter" to skip to content

Nazirlikdən qarlı hava ilə bağlı xəbərdarlıq

Qarda diqqətli olaq

BAYRAQDAR MEDİA – Qarlı və küləkli havalarda yıxılma halları ilə tez-tez qarşılaşılır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “yıxılma sonrasında bir çox dayaq hərəkət sistemi problemləri və baş beyin xəsarətləri yarana bilər. Bu problemlər xəstələrin yaş və ümumi fizioloji durumuna görə fərqlilik göstərir. Uşaqlarda qarlı günlərdə bilək nahiyəsində said sümüklərinin sınıqları daha çox müşahidə olunur. Bu sınıqlar zamanı bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunur. Aparılmış klinik və rentgenoloji müayinə sonrasında travmatoloq-ortoped həkim tərəfindən çox zaman uyğun konservativ müalicə ilə uğurlu bir şəkildə müalicə edilir. Cərrahi müalicəyə nadir hallarda ehtiyac olur”.

Sonra xəbərdə, “orta yaşlı insanlarda düşmə zamanı sınıqlar az müşahidə olsa da, mümkün bir vəziyyətdir. Xüsusilə baldır sümüklərinin spiral şəkilli və topuk sümüklərinin sınıqları daha çox müşahidə olunur. Bu sınıqlar zamanı sınıq uclarında yerdəyişmə az olduğu hallarda konservativ müalicə edilərkən, yerdəyişməsi çox olan və oynaq xəttinə uzanan sınıqlar əksər hallarda cərrahi olaraq müalicə edilir. Çanaq üzərinə düşməklə bağlı olaraq büzdüm sümüyünda sınıq yarana bilir. Büzdüm sümüyü sınıqları konservativ yolla müalicə edilir və nəticələri qənaətbəxşdir”.

Həmçinin xəbərdə qeyd edilir ki, “konservativ müalicəyə cavab verməyən az bir xəstəyə gələcəkdə cərrahi müalicə lazım ola bilər”.

Mission News Theme by Compete Themes.