Anti-türk, anti-Azərbaycan İran rejiminin Qaraqışlaq cinayəti ilə bağlı
BAYRAQDAR MEDİA – Salmasın kəngərli mahalında yerləşən Qaraqışlaq kəndi, Urmu gölünün tam Batı səmtində olan tarixə malik əski yaşayış yeri, Azərbaycanın sarsılmaz oğlu Ləkistanlı Məsud Divanın, igid qızı Nimtac Salmaslının və Simitqo-Cilovluq terrorçulara qarşı Vətən namusunu qanları ilə savunan 3 min 500 milli şəhidimizin yurdudur.
Zəkalı və Cəsur Millətimiz!
Görünür ki, fars faşizminin Urmu gölünün qurudulması ilə bağlı həyata keçirilməsi gərəkən kütləvi sürgün planı aşama-aşama gündəmə gəlməkdədir. Qaraqışlaq, bəşər düşməni Xamneyi şuubiyəçiliyinin göz dikdiyi ilk yerlərdən biridir. Güney Azərbaycana yönəlik farsçı-şuubi rejimin ”ya soyqırım ol, ya bölgəni tərk et!” faşisti siyasəti illərdən öncə stratejik plana çevrilsə də artıq öncəliyə çevrilmişdir.
Faşist rejimin Qaraqışlaq kəndində yaratdığı faciənin nədənləri hər kəsə, özəlliklə bölgə əhalisinə aydındır. Rejim, min bir pusqu qursa belə, millətimizi aldada bilməyəcəkdir. Artıq millətimizin rejimin oyunlarına qarşı açıq gözlü olması bütün alanlarda görünməkdədir. Rejimin terror qolu olan pasdarların əlilə bölgədə duz fabrikası qurması və sözdə insanlara iş fürsəti yaratması da bu qeyri-insanı tuzaqlardan biridir. Türk düşməni rejim illərdir ki, bölgə insanlarının məsum yaşam haqqını heçə sayaraq, duz fırtınasının yaranması yollarını dənəyir. 15 milyonun sağlığına etinasız qalan rejim üçün damla qədər şərəf, vicdan, insana qayğı təsəvvür etmək mümkün deyildir. Rejimə görə, əsən küləklər ilə bölgənin başa-başını təhdid edən ölüm duzları yetməz kimi, bir də millətin doğal sərvətini talayaraq fabrikada təmiz duza çevirib fars bazarlarına göndərməsi planlaşdırılır. Sözsüz ki, xəstə bölgənin payı qarşılıqlı olaraq kirli axıntılar, qurumuş əkin-biçin zəmiləri, ölümcül xərçəng xəstəliyi, yoxsulluq, aclıq, milli-insani fəlakət olacaqdır. Rejimin istəyi tam olaraq budur. Belə olan durumdadır ki, rejimin ”ya soyqırım ol, ya bölgəni tərk et!” faşist planı gərçəklik qazanacaqdır.
Dedik ki, Qaraqışlaq, rejim üçün eyni halda bir sınaq meydanıdır. Millətimizin bu faşist rejimə qarşı dirənişi və ya sakit qalması Tehran üçün çox önəmlidir. Millətimiz sakit qalarsa, nələr baş verəcək?
Qaraqışlaqda başlanan quyu qazma planları daha genişlənəcək. Qazılan quyuların az bir zaman içində zəhərli fosforlu sulanma və havalanmasıyla bölgənin suyu və havası insanlar üçün zəhər qaynağı olacaqdır.
Duz, karbonat, litium kimi ana maddələrin təməli üzərində yeni proyektlər başlayacaq. Hər fabrika və iş yerinin açılması ilə yeni-yeni su qaynaqlarına ehtiyac olacaq, bu isə yeraltı suların daha çox əldə edilməsinə meydan açacaqdır. Hər açılan su quyusunun doğal sonucları üzündən bölgənin hava sıcaqlığı çoxalacaq. Bu da yağacaq buludların dağılmasına nədən olacaqdır.
450 hektarlıq Qaraqışlaq ərazisi genişlənəcək, Salmasdan Makıya, Xoydan Marağaya, Urmudan Təbrizə bütün Batı və Doğu Azərbaycanın böyük bölümündə 10 minlərlə kvadratmetr alanda duz qaynaqlı kiçik, böyük yaşam standartına bütünlüklə zidd olan zavodlar yaranacaqdır. Bu isə ikibaşlı köç nədəni olacaqdır. Türklərin farsistana, kürdlərin isə Azərbaycana köçü! Kürd əşirət ağaları yüz illər boyunca dövlət gücündə olma həsrətində ötüşüb-yandıqlarına görə, fars faşizminin duzağına düşməkdən məmnun görünürlər. Hətta neçə-neçə yazıq kürd nəsli ölsə belə!
Əgər millətimizin qeyrət damarı partlamasa, milyonlarla dinc vətəndaşımız ən ağır iç orqanları ağrısı ilə məsum-məsum öləcək və ya fars faşizmi planı üzrə doğma yurddan sürgün düşərək sömürgə bölgələrində qurban olacaqdır.
Qaraqışlağın 7-dən 70-ə igid canları Azərbaycan türk millətinin fars faşizmi qarşısında nə qədər cəsarətli olduğunu göstərdi. İgid millətimizin rejim qarşısında dimdik dayanması bunu göstərmiş oldu ki Urmu gölünün qurudulması bizim üçün yeni diriliş, dirçəliş və dirəniş olacaqdır. Fars quldurların düşündüyü xülyalar Azərbaycanımızın heç bir bölgəsində gerçək olmayacaq! Tərsinə, türk millətinin dərinlərdən gələn varlığı bölgədə baş qaldıran bütün faşistlərin sonunu gətirəcəkdir.
Qaraqışlağın qeyrətli qadını, yaşlısı və top yekun əhalisi rejim qatillərinin vəhşi yürüşünə, tutuqlamasına, özəlliklə qadınlara qarşı şərəfsizcə təcavüz hədə-qorxusuna baxmayaraq bir an öz yaşamlarını, yurdlarını savunmaqdan çəkinmədilər. Rejimin əliyalın millətimizə qarşı ordu kimi yürüş etməsi bir daha Azərbaycan türk millətinin Camaran diktatoru gözündə nə qədər qorxulu bir gərçək olduğunu isbat etmiş oldu.
Qaraqışlaq cəsarəti Azərbaycan Milli Hərəkatına (AMH) hansı dərsləri vermiş oldu?
Qaraqışlaq Salmasda bir kənd olaraq faşizmin qarşısında öz yaşam haqqını savunursa, demək bu içi boş rejimə qarşı gəlmək Azərbaycan Milli Hərəkatı üçün zor iş deyildir.
Əgər Qaraqışlaq kəndi Tehran faşizminin zorbalığı qarşısında anında birləşməyi bacardısa, demək AMH-nın şuubi-farsçı faciəsinin qarşısında tək yumruq olması bir o qədər çətin deyil.
Qaraqışlaq göstərdi ki, torpaq anadır, namusdur. Əgər torpaq uğruna bir bölgə 3 min 500 şəhid verirsə, bir yurd üçün milyonlar can canan olmalıdır.
Qaraqışlaq göstərdi ki, Güney Azərbaycan türkü varkən rejimin ölümcül və şeytani planları suya düşəcək, şuubi-farsçı rejim İran adlanan dövləti ilə birgə Azərbaycan türk milləti və onun milli-siyasi gücü olan AMH əli ilə yer üzündən silinəcəkdir.
Qaraqışlaq göstərdi ki, tarix boyu türklər ən çətin sınaqlardan başı uca çıxaraq öz alın yazılarına hakim ola bilib, bundan sonra da özgür, bağımsız dövlət çatısı altında öz dilinə, kültürünə, milli mirasına, suyuna, duzuna, misinə, qızılına, dağına-daşına və bütün yeraltı-yerüstü tükənməz varlıqlarına yiyələnəcəkdir.
Yaşasın Azərbaycan türk millətinin cəsarət simgəsi Qaraqışlaq!
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Araşdırma Bölümü, 13 yanvar 2024
Qeyd: Bildirişin mətni BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Qurtuluş Hərəkatından daxil olub. Mətnə müdaxilə edilməyib, üslub olduğu kimi saxlanılıb.