Press "Enter" to skip to content

TƏBİB-dn Səbuhi Məmmədlisinin səhhəti ilə bağlı açıqlama

BAYRAQDAR MEDİA – “Tanınmış jurnalist Səbuhi Məmmədli yanvarın 12-də saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib”.

TƏBİB-dən BAYRAQDAR MEDİA-ya yanvarın 12-də verilən məlumatda belə deyilir.

Bildirilir ki, “qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.
Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alır”.

Mission News Theme by Compete Themes.