Press "Enter" to skip to content

Təhsil arayışlarını elektron şəkildə əldə etmək mümkündür

E-arayışlar

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən bir çox arayışlar elektron şəkildə təqdim olunur.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “istifadəçilər portalın “Elektron arayışlar” xidməti vasitəsi ilə ali təhsil pilləsində təhsil almaq barədə (hazırda təhsil alanlar); orta ixtisas təhsili pilləsində təhsil almaq barədə (hazırda təhsil alanlar); peşə təhsili pilləsində təhsil almaq barədə (hazırda təhsil alanlar); Dövlət Proqramı əsasında xaricdə təhsil almaq barədə (hazırda təhsil alanlar); Dövlət Proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış növlərini əldə edə bilirlər. Sözügedən elektron arayışların alınması üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçən istifadəçilər “Şəxsi kabinet”in elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsini seçərək müvafiq arayış növü üzrə müraciət göndərirlər. Elektron arayışlar portalda avtomatik formalaşdırılır. Vətəndaşlar arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər”.

Eyni zamanda ETN-nin rəsmi saytında elektron arayışın identifikasiya nömrəsi və müraciətçinin doğum tarixini yazmaqla sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.

Onu da qeyd edək ki, ümumi və tam orta təhsil haqqında attestat, diplom və dövlət proqramları vasitəsilə xaricdə təhsil barədə məlumatlar qeyd olunan arayışları myGov portalından əldə etmək mümkündür.

Mission News Theme by Compete Themes.