Press "Enter" to skip to content

MEK-də “Heydər Əliyev və multikultural təhlükəsizlik” adlı kitab

Heydər Əliyev və multikultural təhlükəsizlik

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Heydər Əliyev və multikultural təhlükəsizlik” adlı kitabı daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kitabxanadan daxil olub.

Xəbərdə qeyd olunur ki, “kitabın annotasiyasında bildirilir ki, dövlətin milli təhlükəsizlik sisteminə bir sıra komponentlər – iqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ekoloji təhlükəsizlik və s. daxildir və bunların hər biri dövlətin yaşaması üçün vacib şərtlərdir. Həmin siyasətin tərkib hissələrindən biri kimi mənəvi, ideoloji işin aparıcı amillərindən hesab edilən multikultural dəyərlərin qorunmasını və bunun əsasında formalaşan multikultural təhlükəsizlik sistemini də bu konsepsiyaya bir komponent kimi əlavə etmək olar. Ölkə başqa sahələrdə öz milli təhlükəsizliyini təmin etdiyi kimi, multikultural təhlükəsizliyini də yaratmalıdır. Azərbaycanda dövlət siyasətinin bu əhəmiyyətli, vacib sahəsinin formalaşdırılması Heydər Əliyevin siyasi tərcümeyi-halına daxildir. “Sim-sim” nəşriyyatı tərəfindən işıq üzü görən nəşrin elmi redaktorları ADU-nun Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasovdur”.

Kitabda, həmçinin Recep Tayyip Erdoğan, Vladimir Putin, Corc Buş, Toni Bleyer və Gerhard Şröderin Ulu Öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.

Mission News Theme by Compete Themes.