Press "Enter" to skip to content

“Erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri

Tədbir zamanı

Son yeniləmə: 12 Yanvar 2024 10:01

BAYRAQDAR MEDİA – “Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən Azərbaycanın mərkəzi (Sabirabad, Saatlı, İmişli) rayonlarında “Ucqar Ərazilərdə Erkən Nikahların Baş verməsinin Qarşısının Alınması Üçün Əlverişli Mühit Yaradılmasına Dəstəyin Artırılması” təşəbbüsü çərçivəsində gender ekspertlərin iştirakı ilə masaüstü araşdırma və fokus qrup müzakirələri keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Bilrikdən məlumat verilib.

Bildirilib ki, “müzakirələrdə müxtəlif qrupları təmsil edən insanlar (müəllim, həkim, valideyn, sosial işçi, ucqar icma nümayyəndələri, bələdiyyə nümayəndələri) iştirak edib. Müzakirələrdə erkən nikahları doğuran hallar və səbəblər, erkən nikah praktikasının qarşısının davamlı və effektif şəkildə alınması yolları müzakirə edilib”.

Məlumata görə, müzakirələr zamanı müxtəlif fikirlər və təkliflər səsləndirilib: “Keçirilən araşdırma və qrup müzakirələrinin məqsədi erkən nikah hallarının qarşısını almaq üçün daha effektiv, təsirli təcrübə, mexanizimləri və yanaşmaları (iqtisadi stimullar, təhsil və gəlir gətirən iş imkanları) müəyyən etməklə təqdimat halına salaraq gələcəkdə nəzərə alınması üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim etməkdir. Bu layihə Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə icra edilir”.

Mission News Theme by Compete Themes.