Son yeniləmə: 12 Yanvar 2024 14:18
Nebi Hatipoğludan centlmensayağı addım
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, CHP Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə Ayşe Ünlücenin namizədliyini irəli sürüb.
Bu qərar Eskişehir sakinləri arasında heç də birmənalı qarşılanmayıb.
Ayşe Ünlüceni ilk təbrik edən isə AKP-dən Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd gösətərilən Nebi Hatipoğu olub.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, təbrikdə “CHP-nin Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi olan Ayşe Ünlüce xanımı təbrik edirəm. Düşünürəm ki, Eskişehirə uyğun bir seçki prosesi keçirəcəyik. Digər tərəfdən, namizədliyi dəqiqləşən bütün digər namizədlərə uğurlar arzulayıram. Hamımız Eskişehirə xidmət etmək niyyətindəyik. Allah hər kəsin yolunu açıq etsin”.