Son yeniləmə: 11 Yanvar 2024 16:36
BAYRAQDAR MEDİA – Bolqarıstan, Rumıniya və Türkiyə Qara Dəniz Minalarına Qarşı Tədbirlər Qrupunu (MSM Black Sea) yaradırlar.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, bu məqsədlə Bolqarıstan müdafiə nazirinin müavini Atanas Zapryanov Türkiyəyə səfər edib.
Məlumata görə, A.Zapryanov Nazirlər Şurasının verdiyi səlahiyyətlə Bolqarıstan, Türkiyə və Rumıniya arasında Qara Dəniz Minalarına Qarşı Tədbirlər İşçi Qrupunun (MSM Black Sea) yaradılmasına dair memorandumu imzalayacaq: “Türkiyə, Rumıniya və Bolqarıstanın Müdafiə nazirlikləri arasında Qara dənizdə mina təhlükəsinə qarşı görüləcək tədbirləri ehtiva edən Qara Dəniz Minalara Qarşı Tədbirlər İş Qrupu Memorandumu (MCM Black Sea) yanvarın 11-də İstanbulda imzalanacaq. MCM Qara Dəniz Qrupu Türkiyənin 2023-cü ilin avqustunda verdiyi təkli əsasında yaradılacaq və Rusiyanın Qara dənizdə Ukraynaya qarşı mümkün hücumları nəticəsində yaranan mina təhlükəsinə qarşı mübarizə aparacaq”.
Məlumata əsasən, Bolqarıstan Müdafiə Nazirliyi mətbuata açıqlamasında MCM Qara dəniz təşəbbüsünün tamamilə dinc xarakter daşıdığını və heç bir dövlətə qarşı qurulmadığını bildirib: “Razılaşmanın təfərrüatlarına hər ölkədən bir Mina Əleyhinə Gəmi və komanda-nəzarət gəmisi ilə əməliyyatların aparılması və 15 günlük müddətdə 6 ayda ən azı iki dəfə həyata keçiriləcək əməliyyatlar kimi tədbirlər yer alır. Bu əməkdaşlıq Qara dənizdə naviqasiya təhlükəsizliyinə mühüm töhfələr vermək məqsədi daşıyır”.