Press "Enter" to skip to content

Müsabiqəyə sənəd qəbulu davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 11 Yanvar 2024 20:22

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqəyə sənəd qəbulu davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 11-də BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “namizədlər 15.01.2024-cü il tarixinə qədər müvafiq sənədləri ptpk@baku.edu.gov.az poçt ünvanına göndərməlidirlər. Müsabiqədə məktəbəqədər və ümumi təhsil müəssisələrində çalışan loqoped, psixoloq və xüsusi təhsil sahəsində təcrübəsi olan müəllimlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədlər sağlamlıq imkanları məhdud uşaqların diaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər”.

Məlumata görə, sənədlərin yoxlanılması prosesi başa çatdıqdan sonra namizədlər müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər: “Test imtahan nəticəsi məqbul hesab edilən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Əlavə sualı olan şəxslər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) zəng etməklə məlumat ala bilərlər”.

Mission News Theme by Compete Themes.