Son yeniləmə: 11 Yanvar 2024 17:08
BAYRAQDAR MEDİA – Bolqarıstanda hökumət kabineti ilə bağlı bəzi müzakirələrin getdiyi barədə məlumat vermişdik.
Bu arada isə mövcud Baş nazir Nikolay Denkov Facebook sosial hesabından məsələyə dair yeni açıqlama yaylb.
Radio Bolqarıstan xəbər verir ki, yeddinci dəfə vətəndaşların suallarını cavablandıran Baş nazir Nikolay Denkov, “Rotasiya zamanı DPS- Hüquq və Azadlıqlar Hərəkatı səbəbindən Nazirlər Şurasının tərkibində güzəştə getməyəcəyik” deyib.
O, bildirib ki, “Əgər biz DPS-nin bu hökumətə səs verməsini istəyiriksə, DPS rəhbərliyi ilə də danışıqlar aparmalıyıq”.
Baş nazirin sözlərinə görə, parlamentdə hökumətə nə qədər geniş dəstək verilsə, bir o qədər yaxşıdır: “Rotasiya zamanı nazirlər yalnız o və Mariya Qabriel razılaşdığı təqdirdə dəyişdiriləcək. Nazirlər başladıqları işləri başa çatdırmaq üçün işlərini davam etdirməlidirlər”.
Nazir dəyişikliyinin yalnız fərdi işlərlə bağlı olacağını qeyd edən Baş nazir maliyyə naziri Asen Vasilevin baş nazirin ikinci müavini təyin edilməsinin əleyhinə olmadığını açıqlayıb.