Press "Enter" to skip to content

“”Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfrans

"Baku Decides" Gənclərin I İqlim Danışıqları

Son yeniləmə: 11 Yanvar 2024 12:49

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsindən irəli gələn vəzifələrin həlli məqsədi ilə yanvarın 29-dan fevralın 1-dək “”Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfrans keçiriləcək.

Bu haqda Gənclər və İdman Nazirliyinin yaydığı xəbərdə qeyd edilir.

Xəbərdə deyilir ki, “konfransda ətraf mühit, ekologiya, kənd təsərrüfatı, enerji və iqlim dəyişiklikləri sahələrində fəaliyyət göstərən 70-dən çox yerli, xarici dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. BMT-nin Gənclər Ofisindən İqlim üzrə Məşvərət Şurasının rəsmisinin də qatılacağı tədbir “Baku Decides” Gənclər Bəyənatının qəbulu ilə yekunlaşacaq”.

Sonra xəbərdə, “gənclərin iqlim dialoqunda öz səsini duyurmaq istəyən şəxslər və sənədin hazırlanmasında aktiv iştirak etmək istəyənlər yanvarın 21-dək Müşahidə Şurasına (Observation Mission) qatılmalıdır. Müşahidə Şurasının üzvləri tədbirdə tam şəkildə iştirak etməli və aktiv dialoqun bir hissəsi olmalıdır. Üzvlər konfransda öz tədqiqat işlərini təqdim etməklə yanaşı, ekspert panelində çıxış edə bilərlər. Konfransda 18-29 yaş arası gənclər, gənc alimlər (magistrlər və fəlsəfə doktorları), gənc mütəxəssislər, ekoloji fəallar və ekspertlər və müvafiq sahələrdən olan mütəxəssislər və ingilis və ya rus dilində sərbəst danışmaq bacarığı olanlar iştirak edə bilər” deyə bildirilir.

Bildirək ki, tədbir ingilis dilində keçiriləcək, rus dilində isə sinxron tərcümə olunacaq.

Qeyd edək ki, tədbirdə iştirak üçün qeydiyyatdan keçmək lazımdır.

Mission News Theme by Compete Themes.