Son yeniləmə: 10 Yanvar 2024 11:06
BAYRAQDAR MEDİA – Yaponiyada özbək türkcəsi dərslik kimi nəşr edilib.
Bu barədə Kirim Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Tokio Xarici Dillər Universitetinin tədqiqatçı köməkçisi Hidaka Şinsuke “Yeni Ekspres + Özbək dili” adı altında kurs və iş dəftəri yazıb. Kitab Tokio Xarici Dillər Universiteti tərəfindən nəşr olunub.
Nəşr olunan dərslik latın əlifbası əsasında hazırlanıb və 160 səhifədən, 20 dərsdən ibarətdir”.
Məlumata görə, dərslik özbək türkcəsinə yeni başlayanlar üçün hazırlanıb və özbək dilinin qrammatikası haqqında anlayışı təmin etmək məqsədi daşıyır: “Dərslikdən əlavə nitqi dəstəkləmək üçün audio dərslər də hazırlanmışdır.
Kitabın müəllifi H.Şinsukenin sözlərinə görə, onun hazırladığı kitab Özbəkistanda təhsil alan yapon tələbəyə tərcüməçi olmadan səyahət etmək və ya işgüzar səfərlər etməkdə kömək edəcək. Kitab 29 yanvar 2024-cü ildə oxucuları ilə görüşəcək”.