Press "Enter" to skip to content

Konfrans: Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı

Əlimuxtar Muxtarov

BAYRAQDAR MEDİA – Fevralın 23-də AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə görkəmli Azərbaycan alimi, akademik Həmid Araslının 115 illik yubileyinə həsr olunmuş “Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda respublika elmi-praktik konfransı keçiriləcək.

Konfransla bağlı sözügedən Mərkəzin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov fikirlərini BAYRAQDAR MEDİA ilə bölüşüb: “Onu bildirim ki, Həmid Araslının Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində mühüm xidmətləri olub. Onun elmi, ədəbi və ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin alimin 110 illik yubileyinin keçirilməsi ilə bağlı 2019-cu ildə imzaladığı Sərəncam H.Araslının fəaliyyətinə verilən böyük dəyər idi. Bu il isə alimin 115 illik yubileyidir. Onun Azərbaycan ədəbiyyatı tarixində oynadığı rolu nəzərə alaraq AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi də ədəbiyyatşünas alimin 115-illik yubileyinə həsr edilmiş “Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusunda respublika elmi-praktik konfrans təşkil edəcək. Bildirim ki, konfransda görkəmli alimin zəngin elmi irsinə nəzər salınmaqla, bir neçə istiqamətdə məruzələr dinləniləcək”.

Qeyd edək ki, konfransın materialları PDF şəklində AMEA Gəncə Bölməsinin saytında yerləşdiriləcək.

Mission News Theme by Compete Themes.