Son yeniləmə: 10 Yanvar 2024 14:03
BAYRAQDAR MEDİA – Üzvlərinin əksəriyyətini türk və müsəlmanların təşkil etdiyi Bolqarıstanda Hüquq və Azadlıqlar Hərəkatı (HÖH) yeni dövrə qədəm qoyur.
HÖH başqanı Mustafa Karadayı noyabr ayında istefa verdikdən sonra HÖH fəxri sədri Dr. Ahmet Doğan yeni ildə marasqlı açıqlama yayıb.
Yeni Balkan xəbər verir ki, həm də partiya üzvlərinə bir çağırış xarakteri daşıyan açıqlamada ölkənin və partiyanın yeni mərhələyə qədəm qoyduğu bildirilib. “Əziz dostlarım və yoldaşlarım, dünya gözümüzün qabağında dəyişir. Geosiyasi kontekstdə dinamika milli maraqların, milli təhlükəsizlik və milli suverenliyin müdafiəsi qarşısında duran yeni çağırışdır. Biz qloballaşma ilə milli dövlətlərin və milli kimliklərin gözləntiləri arasında uzunmüddətli qarşıdurmanın astanasındayıq. Yəqin ki, bu tendensiya köhnə imperiyaların təsir dairələrini bərpa etmək cəhdləri ilə birləşdiriləcək və yalnız siyasi dünyamızın qanuni çoxqütblü dünyaya çevrilməsi və təbii ki, “köhnə” və “yeni” böyük güclər arasında idarə olunan tarazlığın yaradılması ilə “bitəcək”.
Açıqlamada bildirilib ki, ayrı-ayrı partiyaların partiya-inzibati strukturlarının xalqın problemlərini necə və nə dərəcədə həll etməsi böyük əhəmiyyət kəsb edir: “Buna görə təcili olaraq, HÖH-ün ənənəvi regionlarında təşkilatın sabitləşməsi və qeyri-ənənəvi bölgələrdə partiya strukturlarının genişləndirilməsini tövsiyə edirəm. HÖH-nin gələcək inkişafı üçün həll yolu tapmaq düsturunu diqqətinizə təqdim edirəm. Mövcud vəziyyətdən “çıxış yolu” tapmağın açarı yalnız cənab Delyan Peevski və Dos. Dr. Cevdet Çakırov həmsədrliyindədir”.
Fəxri sədr bu iki şəxsin niyə həmsdr kimi təklifi ediləməsinin səbəbinə də aydınlıq gətirib: “Dr. Cevdet Çakırov 14 il ərzində Liberal İnternasionalın 9 dönəm Büro üzvü və vitse-prezidenti vəzifələrində çalışdığı üçün ona əsasən ənənəvi bölgələrimizdən, Türkiyə Cümhuriyyəti və liberal birləşmələrlə mehriban qonşuluq münasibətlərimizdən cavabdeh olmağı tövsiyə edirəm. Cənab Delyan Peevski siyasətdə xalqın və dövlətin problemlərini praqmatik həll etmək üçün fitri instinkti olan yeni nəsil texnokratların nümayəndəsidir. Qısa müddətdə deputat kimi meydana çıxdı və bu istiqamətdə özünü təkmilləşdirməyə davam etsə, müsbət hal olar. Bununla bağlı demək istədiyim, partiyanın əsas diqqəti HÖH-in seçici bazasının genişləndirilməsinə yönəltmək öhdəliyidir. Bu “ikili”ni tövsiyə etməyimin səbəbləri rəqabət prinsipinə deyil, bir-birini tamamlama prinsipinə əsaslanır”.