Son yeniləmə: 10 Yanvar 2024 11:05
Osman Zolandan təsirli paylaşım
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi yanvarın 8-də qardaş Türkiyənin hakim partiyası AK Parti üçün mühüm günlərdən biri idi. Həmin gün qardaş ölkənin hakim partiyası martın 31-də keçiriləcık yerli seçkilərdə partiyanın bələdiyyə sədrliklərinə namizədlərinin bir qisminin adını bəyan edib.
Bununla bağlı İstanbulda Haliç Konqres Mərkəzində mərasim keçirilib. Mərasimdə çıxış edən Cümhurbaşqanı və AK Parti Genel başqanı Recep Tayyip Erdoğan İstanbul da daxil olmaqla 11 böyük şəhər və 15 vilayətin bələdiyyə sədrliyinə namizədlərini açıqlayıb.
Bu sırada Denizli də var. Gözlənildiyi kimi AK Parti bu şəhərdə hazırki sədr Osman Zolanla yola davam etmək qərarı verib.
Öz növbəsində Osman Zolan X sosial şəbəkə hesabından bu qərarla bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Biz Denizli olaraq Cümhuriyyətimizin qurucusu Gazi Mustafa Kemal Atatürkün qeyd etdiyi müasir sivilizasiya səviyyəsinə çatmaq üçün dayanmadan çalışdıq və bundan sonra da çalışacağıq. Denizli bu gün başda bələdiyyəçilik xidmətləri olmaqla təhsildə, incəsənətdə, mədəniyyətdə, sənayedə, idmanda, infrastrukturuvə yaşıllıq sahələri ilə birlik və bərabərlik içərisində ölkəmizin barmaqla göstərilən bir dünya şəhərinə çevrilib. Buna hamımız, Denizlimizlə birlikdə buna nail olduq”.
O.Zolan, paylaşımında bunu da qeyd edib: “Cümhurbaşqanımız, liderimiz sayın R.T.Erdoğanın bələdiyyə başqanı olduğu zaman bizə göstərdiyi “iş və xidmət bələdiyyəçiliyi” fəaliyyəti ilə indiyə qədər gözəl Denizlimizə çoxlu uğurlar qazandırdıq və inşallah dəstəyiniz və dualarınızla bu işimizi davam edəcəyik”.
O.Zolan, həmçinin paylaşımında bu qərara, ona növbəti dəfə etimad göstərilməsinə görə R.T.Erdoğana təşəkkür edib və daha sonra bunları vurğulaylb: “Hədəflərimiz də, arzularımız da çox böyükdür. Əvvəllər olduğu kimi, bu gözəl, sevimli xalqa xidmət etmək üçün “sən”, “mən” demədən, “bunu”, “o”nu deyə ayırmadan bir daha sevimli millətimizin xidmətçisi olacağıq inşallah. Allah utandırmasın”.
Cumhuriyetimizin kurucusu Gazi Mustafa Kemal Atatürk’ümüzün işaret ettiği muasır medeniyet seviyesine ulaşmak için Denizli olarak durmadan çalıştık, çalışmaya da devam edeceğiz. Denizli’miz bugün başta belediyecilik hizmetleri olmak üzere eğitimde, sanatta, kültürde, sanayide,… pic.twitter.com/JIl7QGGGWV
— Osman ZOLAN 🇹🇷 (@osmanzolan) January 7, 2024