Press "Enter" to skip to content

Güney Koreyada 8 cildlik “Türk Humanitar Elmlər Ensiklopediyası”

8 cildlik “Türk Humanitar Elmlər Ensiklopediyası”

Son yeniləmə: 10 Yanvar 2024 14:28

BAYRAQDAR MEDİA – Güney Koreyada türklüklə bağlı mühüm addım atılıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “Güney Koreynanın Dongduk Universitetinin nəzdində fəaliyyət göstərən Avrasiya Türk Ölkələri İnstitutu Koreya Milli Araşdırmalar Fondunun dəstəyi ilə 6 illik çöl işləri nəticəsində nəhəng əsər olan 8 cildlik ensiklopediya hazırlayıb. Koreya Milli Araşdırmalar Fondunun maliyyə dəstəyi ilə 2018-2023-cü illər arasında həyata keçirilən fundamental tədqiqat layihəsinin bəhrəsi olan 8 cildlik ensiklopediyanın yaradılmasında öz sahələrinin mütəxəssisi olan 21 tədqiqat müəllifi iştirak edib”.

Məlumata görə, layihənin məsləhətçi məsuliyyətini Güney Koreyadakı Avrasiya Türk Ölkələri İnstitutunun direktoru prof. Dr. Eunkyung Oh öz üzərinə götürüb: “Əsər Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, həmçinin Rusiya Federasiyasının Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Tuva və Saxa Respublikası və Doğu Türküstan haqqında məlumatlar daxil edilib.“Türk Humanitar Elmlər Ensiklopediyası” əsərinin giriş hissəsində dil, ədəbiyyat, tarix, incəsənət, coğrafiya, folklor və dini həyatdan tutmuş bütün insan elmlərini əhatə edən məlumatlar daxil edilib.

Koreya dilində hazırlanmış ensiklopediyada iki mindən çox ad var. Ümumilikdə 4 min 500 səhifədən ibarət kitab 8 cilddə çap olunub”.

Mission News Theme by Compete Themes.