Son yeniləmə: 10 Yanvar 2024 18:13
Məcid Cavadi: Rejim Ermənistan konsulluğu məsələsində yersiz inadından əl çəkməsə Güney Azərbaycan buna çox sərt bir cavab verəcək
BAYRAQDAR MEDİA – “Fars-molla rejiminin təmsilçiləri nə qədər də guya Azərbaycana qarşı səmimi, saf olduqlarını göstərməyə çalışsalar da, reallıq ortadadır. Elə İranın Təbrizdə Ermənistan üçün konsulluq açmaq niyyəti də bu reallığın növbəti bariz nümunəsidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.
Bu, həm Güney, həm də Quzey Azərbaycana qarşı edilən bir sayğısızlıqdır
O, bildirib ki, bu, ilk növbədə İranın mövcud rejimi tərəfindən həm Güney, həm də Quzey Azərbaycana qarşı edilən bir sayğısızlıqdır: “Rejim təmsilçiləri çox yaxşı bilirlər ki, Güney Azərbaycan ictimaiyyəti bu konsulluq məsələsini birmənalı olaraq qəbul etmir. Eyni zamanda, bu məsələnin Quzey Azərbaycanda da qəzəblə, narazılıqla qarşılanacağını fars-molla rejiminin başbilənləri çox gözəl dərk edirlər. Bununla belə, bu yola yenidən baş vururlur. Çünki bu, mövcud rejiminin xislətindən qaynaqlanır”.
İranın erməni sevgisi dəyişməzdir
Məcid Cavadi deyib ki, əslində İran dövləti bununla Azərbaycan Respublikasına “nə olursa-olsun mənim Güney Qafqazdakı müttəfiqim Ermənistandır və Ermənistan üçün hər bir addımı atmaqda davam edəcəm” kimi mesaj verir: “Yəni İranln erməni sevgisi dəyişməzdir. Fars-molla rejimi Güney Azərbaycan ictimaiyyətinə də “sizin nə düşündüyünüz mənim umrumda belə deyil. Mən burada istədiyim kimi addım atıram” mesajını verir”.
Vurğulanb ki, rejim təmsilçiləri bununla odla oynayırlar: “Çünki baş verənlər Güney Azərbaycan türkləri tərəfindən diqqətlə izlənilir. Kimsə şübhə etməsin ki, rejim Ermənistan konsulluğu məsələsində yersiz inadından əl çəkməsə Güney Azərbaycan buna çox sərt bir cavab verəcək. Ümumiyyətlə, bir gün rejimdən Güney Azərbaycana və ümumilikdə azərbaycanlılara qarşı etdiyi hərəkətlrə görə hesab sorulacaq. Əminəm ki, o gün də uzaq deyil”.