Son yeniləmə: 10 Yanvar 2024 14:03
Nikolay Denkov: Rotasiya zamanı nazirlərin dəyişdirilməsi yalnız Denkov və Qabrielin razılığı ilə olacaq
BAYRAQDAR MEDİA – Montanada jurnalistlərə açıqlama verən Baş nazir Denkov hökuməıt kaibineti ilə bağlı maraqlı məqama toxunub.
Radio Bolqarıstanın məlumatına görə, o, deyib ki, Nazirlər Kabinetinin mart ayında keçiriləcək rotasiyası zamanı nazir dəyişikliyi yalnız həm hazırkı baş nazir Nikolay Denkov, həm də növbəti baş nazir olacaq, indiki baş nazirin müavini və xarici işlər naziri Mariya Gabriel arasında razılıq əsasında ola bilər. Onlar hansısa nazirin öz işinin öhədəsindən gəlmədiyi qənaətinə gəlsələr o zaman nazir dəyişikliyi olacaq.
Bir neçə gün əvvəl GERB lideri rotasiyanı “texnoloji proses” kimi qiymətləndirərək, rotasiya zamanı nəyin bahasına olursa olsun nazirlərdə dəyişiklik olmayacağını iddia edib.