Press "Enter" to skip to content

“Azərbaycan İnvestisiya Şirkəti” 2023-cü ili uğurla yekunlaşdırıb

Son yeniləmə: 10 Yanvar 2024 18:03

BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə son illər ərzində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirilir, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülür”.

Bu barədə BAYRAQDAR MEDİA-ya yanvrın 10-da İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “dövlət-sahibkar münasibətlərinin inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun stimullaşdırılması daim diqqət mərkəzində saxlanılır. Qeyri-neft sahəsinin inkişafı, yerli və xarici investisiyaların ölkəmizə cəlb olunması, müasir texnologiya və biliklərin əldə edilməsi vasitəsilə ölkə iqtisadiyyatının rəqabətədavamlılığın artırılması məqsədilə yaradılmış “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) də bu istiqamətdə öz töhfəsini verir”.

Məluamat əsasən, 2023-cü il ərzində AİŞ iqtisadi artımı dəstəkləmək, məşğulluq imkanları yaratmaq və qeyri-neft sənayesinin rəqabət qabiliyyətliliyini artırmaq, yerli və xarici investorların iqtisadiyyatın müxtəlif sektorlarına cəlb edilməsində fəal işlər aparıb.

Mission News Theme by Compete Themes.