Press "Enter" to skip to content

Türk dövlətləri arasında iqtisadi əlaqlər daha da dərinləşir

Vüqar Bayramov

Son yeniləmə: 9 Yanvar 2024 17:19

Vüqar Bayramov: Burada qarşılıqlı olaraq gömrük rüsumları, eləcə də gömrük rejiminin sadələşdirilməsi ilə bağlı qərarların qəbul edilməsi mühüm rol oynayır

BAYRAQDAR MEDİA – “Bütünlükdə türk dövlətləri arasında gömrük sisteminin sadələşdirilməsi və eyni zamanda elektron xidmətlərdən daha çox istifadə olunması vacib məqamlardandır. Hazırda biz bir tərəfdən türk dövlətləri arasında iqtisadi münasibətlərin daha da yaxşılaşdırılmasını müşahidə edir, digər tərəfdən də gömrük sisteminin asanlaşdırılması istiqamətində davamlı addımların atıldığını görürük”.

Bunu Milli Məclisin depuatı Vuqar Bayramov deyib.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında millət vəkili bildirib ki, burada qarşılıqlı olaraq gömrük rüsumları, eləcə də gömrük rejiminin sadələşdirilməsi ilə bağlı qərarların qəbul edilməsi mühüm rol oynayır: “Həm bu, həm də elektron xidmətlərdən daha çox istifadə olunması TDT-yə daxil olan ölkələr arasında ticarət dövriyyəsinin genişləndirlməsinə gətirib çıxaracaq”.

Onun sözlərinə görə, artıq Orta Asiyada yerləşən türk dövlətləri və Azərbaycan arasında belə bir sistemin formalaşdırılması ilə bağlı işlər gedir: “Hətta test olaraq elektron versiyanın hazırlanması və tətbiqi ilə bağlı intensiv şəkildə fəaliyyətlər reallaşmaqdadır. Bütün bunlar türk dövlətlərinin inteqrasiyası, onların birgə inkişafı və eləcə də bir-birilərinin inkişafının dəstəklənməsi baxımından vacibdir. Ona görə də bütövlükdə 2024-cü il daxil olmaqla növbəti illərdə biz türk dövlətləri arasında iqtisadi əlaqlərin daha da dərinləşməsini, eyni zamanda təbii ki, ticarət dövriyyəsinin artmasını müşahidə edəcəyik. Bu isə ondan xəbər verir ki, regionda türk dövlətlərinin geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsi müşahidə edilməkdədir”.

Mission News Theme by Compete Themes.