BAYRAQDAR MEDİA – Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tofiq Ağababayevin 95 illik yubileyinə həsr olunmuş “Zamanla dialoq” sərgisi çərçivəsində mühazirə keçirilib.
Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə qeyd edilir.
Xəbərdə bildirilir ki, “sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dos. Xanım Əsgərovanın təqdim etdiyi “Tofiq Ağababayevin yaradıcılıq dünyası” adlı mühazirədə qocaman sənətkarın uzun illərdir davam edən məhsuldar yaradıcılıq yolu haqqında dinləyicilərə geniş məlumat verilib, təsviri və dekorativ-tətbiqi sənət sahələrinin əhatə olunduğu zəngin bədii irsindən bəhs edilib, onları maraqlandıran suallar cavablandırılıb”.