Son yeniləmə: 9 Yanvar 2024 15:51
BAYRAQDAR MEDİA – Arxeoloqlar Doğu Qazaxıstan vilayətinin ərazisində Qazaxıstan qədim tarixinə işıq salan kəşfə imza atıblar. Alimlər bölgədə türk xalqlarının köçəri konfederasiyasının yaşadığı Batı Göktürk dövrünə aid kult kompleksi aşkar ediblər.
El.kz xəbər agentliyi Heritage Daily-ə istinadən yazır ki, arxeoloqlar Doğu Qazaxıstan vilayətinin Tarbagatay rayonunda kompleksin açılışını elan ediblər: “Professor Zaynolla Samaşev qeyd edib ki, birləşmiş Göktürk xaqanlığı iki yerə parçalananda Batı Türküstan ərazisində Böyük Türk Xaqanlığı adlı dövlət yaranıb. Bu siyasi birliyə təkcə çöl tayfaları deyil, həm də Soqd və Xorəzm bölgələrinin oturaq icmaları daxil idi. Bu mənada Batı Göktürk dövləti mədəniyyəti və sosial-iqtisadi inkişafı baxımından çox zəngin ölkə idi, deyə alim qeyd edib”.
Məlumata əsasən, kompleksin Batı Göktürk xanlarından birinin şərəfinə tikildiyi ehtimal edilir: “Burada doğu qazıntı zonasında böyük məqbərə, məbəd, mərasim yolu, onlarla kiçik və orta ölçülü kurqan və digər tikililər aşkar edilib. Həmçinin, Göktürk xaqanı və ya Yabqunun ayaq üstə oturduğunu əks etdirən qranit heykəl və Göktürk xaqanının taxtda oturmuş, əlində tac və fincan tutduğunu təsvir edən qızıl boşqabdan hazırlanmış kəmər də aşkar edilib”.