Son yeniləmə: 9 Yanvar 2024 14:43
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan 876 il əvvəl türklərin zəfəri ilə nəticələnən və Anadolunun türk vətəni olmasında böyük əhəmiyyət kəsb edən Kazıkbeli döyüşünün Denizlidə baş verməsindən böyük qürur duyduqlarını bildirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, “Bələdiyyə sədri O.Zolan “Bu torpaqlar verilən qanla vətən olub. Keçmişini bilməyənlər gələcəyini təyin edə bilməzlər. Kök olmadan heç nə yaşaya bilməz. Dənizli Böyükşəhər Bələdiyyəsi olaraq köklü tariximizi qoruyuruq” deyib.