Son yeniləmə: 9 Yanvar 2024 11:15
AK Partinin namizədi Eskişehirdə böyük coşqu ilə qarşılanıb
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi AK Partinin Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Nebi Hatipoğlu oldu. Yanvarın 7-dəki mərasimdə Cümhurbaşqanı Recep Tayyip Erdoğan AK Partinın Eskişehir namizədinin Nebi Hatipoğlu olduğunu açıqladı.
Bu qərardan sonra qatarla İstanbuldan Eskişehirə dönən N.Hatiboğlu önəmli açıqlamalar verib.
Bu barədə eskisehir.net məlmat yayıb.
“Dik dur, əyilmə, Eskişehir səninlə”
Məlumata görə, N.Hatipoğlu Eskişehir dəmiryolu stansiyasında AK Parti və MHP üzvləri tərəfindən böyük coşqu ilə qarşılanıb. Nağara və zurna sədaları altında qarşılanmada “Eskişəhirspor” futbol kulubunun azarkeşləri, “Eskişehirspor”un prezidenti Erkan Koca, Azarkeşlər Dərnəyi başqanı Murat Diri də iştirak edib.
Əllərində məşəllər tutmuş azarkeşlər Hatipoğlu üçün “Dik dur, əyilmə, Eskişehir səninlə”, “böyük başqan” kimi şüarlar səsləndiriblər.
Azarkeşlərin bu coşqusu isə heç də təsadüfi deyil. Çünki N.Hatiboğlu 2006-2007-ci il mövsümündə “Eskişehirspor” klubunun prezidenti vəzifəsini icra edib. Onun prezidentliyi dövründə Eskişehir millət vəkili Kamal Unakıtan vasitəsilə “Eskişehirspor”un maddi bazası formalaşdırılıb və komanda superliqaya yüksəlib.
“Mən öz öhdəliklərimin fərqindəyəm”
Beləliklə, stansiyanın şadlıq sarayında keçirilən görüşə boynunda “Eskişəhirspor” şərfi ilə səhnəyə çıxan N.Hatipoğlu iştirakçıları “Bozqurd” və “Rabiya” işarələri ilə salamlayıb.
#HazırızKararlıyız pic.twitter.com/HiiB0Gm2Vr
— Nebi Hatipoğlu (@NebiHatipoglu) January 8, 2024
O, çıxışında Eskişəhirlə bağlı uzun illərdir qurduğu arzularını reallaşdırmaq üçün böyük fürsət əldə etdiyini bildirib: “Çox həyəcanlıyam, çünki Eskişehiri ən qısa zamanda layiq olduğu xidmətlərlə tanış etmək istəyirəm. Mən çox qürur duyuram, çünki görürəm ki, bu mübarək yolda, yalnız deyiləm. Bilirəm ki, üzərimdə ağır yük var. Mən öz öhdəliklərimin fərqindəyəm. Sizin dəstəyinizlə mən Eskişehiri real bələdiyyə fəaliyyətinin nümayiş olunduğu bir şəhərə çevirmək istəyirəm”.
“Bu şəhərin xidmətçisi olmağa hazıram”
Çıxışında “Mən bu şəhərdə doğulmuşam, bu şəhərdə yaşamışam” deyən N.Hatipoğlu daha sonra bildirib: “Mən bu şəhərin hər küçəsini, prospektini, məhəlləsini, rayonunu tanıyıram. Mən bu şəhərin problemlərini bilirəm. Bu şəhərdə yaşayan kiçikdən böyüyə bütün həmvətənlərimin qayğısına qalacayam. Bütün ehtiyacı olanların yanında olacağam. Mən bunları oturduğum yerdən, ofisimdən, kabinetimdən etməyəcəyəm”.
N.Hatipoğlu əlçatan bir bələdiyyə sədri olacağını, vaxtının çoxunu kabinetdə deyil, bazarda, xalq arasında və küçədə keçirəcəyini vurğulayıb: “Hər bir işi şəxsən yoxlayacağam. Mən bu şəhərin xidmətçisi olmağa hazıram. Eskişehirlə birgə ürəyi döyünən hər kəslə birlikdə xidmət etmək istəyirəm. Sizdən bu mübarək işin bir parçası olmağınızı xahiş edirəm”.