Son yeniləmə: 9 Yanvar 2024 13:49
BAYRAQDAR MEDİA – Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli yanvarın 19-da Göyçay rayonunda sakinləri qəbul edəcək.
Nazirliyin yaydığı məlumata əsasən, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək: “Vətəndaşlar 10 – 16 yanvar tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər”.
Bildirilib ki, vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.