Press "Enter" to skip to content

“Mən öləndə ağlama” tamaşasının nümayişi

Mən öləndə ağlama

BAYRAQDAR MEDİA – Yanvarın 12-si saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində “Mən öləndə ağlama” tamaşasının nümayişi olacaq.

Tamaşa ilə bağlı sözügedən Teatrın mətbuat katibi, yazıçı Samirə Əşrəf BAYRAQDAR MEDİA-ya məlumat verib: “Tamaşa yazıçı-dramaturq Pərvin Nurəliyevanın pyesi əsasında hazırlanıb. Kifayət qədər avantürist olan əsərdə postmodernizm cizgiləri xeyli çoxdur. Əsərdə gənc və tənha Leylanın darıxdırıcı həyatı fonunda səsləndirilən fikirlər, qaldırılan problemlər təkcə Leylanın deyil, bütöv bir cəmiyyətin problemləridir. Bildirim ki, tamaşanın premyerası bir neçə il əvvəl olub və mono tamaşadır”.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Reyhan Aslanova, xoreqrafı Ceyhun Dadaşovdur. Tryukların quruluşu isə Səbinə Məmmədovaya məxsusdur.

Mission News Theme by Compete Themes.