BAYRAQDAR MEDİA – Azərbaycan vətəndaşları İraqa giriş vizasını bundan sonra həmin ölkənin sərhəd-keçid məntəqələrindən ala biləcəklər. Bununla bağlı İraqın daxili işlər naziri gərəkli əmri imzalayıb.
Xəbəri Azərbaycanın İraqdakı səfiri Nasir Məmmədov özünün sosial media hesabında paylaşıb.
Səfir İraqın Baş naziri başda olmaqla ölkənin Daxili və Xarici İşlər nazirliklərinə bununla bağlı təşəkkürünü də ifadə edib.
Azərbaycan Respublikasının 🇦🇿vətəndaşları İraq Respublikasına 🇮🇶səyahət edərkən giriş vizalarını artıq İraqın sərhəd-keçid məntəqələrində əldə edə bilmələri ilə bağlı İraq Respublikasının Daxili İşlər naziri müvafiq əmr imzaladı.
Bununla əlaqədar başda İraq Respublikasının Baş… pic.twitter.com/rCbAlPQiqs— Nasir Mammadov (@nasir_mammadov) January 9, 2024