Son yeniləmə: 9 Yanvar 2024 12:28
BAYRAQDAR MEDİA – Türkiyənin xarici işlər naziri Hakan Fidan Qırğızıstana rəsmi səfər edib.
Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinə istinadən bulak.kg saytı məlumat yayıb.
Bildirilib ki, “Manas beynəlxalq hava limanında hörmətli qonağı Qırğızıstanın xarici işlər nazirinin müavini Aybek Moldoqaziyev və Qırğızıstanın Türkiyədəki səfiri Ruslan Kazakbayev qarşılayıblar”.
Məlumatda qeyd edilib ki, səfər zamanı Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, eləcə də ölkə rəhbərliyi ilə danışıqlar aparılacaq.