Press "Enter" to skip to content

Azərbaycanın milli parklarında “açıq qapı” günü

Təbiətin bir parçası

BAYRAQDAR MEDİA – 11 Yanvar – Dünya Qoruqlar və Milli Parklar Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü olacaq.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədi ilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur”.

Sonra xəbərdə bildirilir ki, “Azərbaycanda 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir”.

“Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala bilərlər.

Mission News Theme by Compete Themes.