Son yeniləmə: 9 Yanvar 2024 14:43
BAYRAQDAR MEDİA – 2023-cü il ərzində Energetika Nazirliyi tərəfindən 242 icazə verilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 9-da nazirlikdən bildirilib.
Qeyd edilib ki, icazələr “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranziti üzrə verilib: “Onlardan 182-i ixrac nəzarətinə düşən malların idxalı, 8-i ixracı, 52-si isə tranziti ilə bağlı olub. Hesabat dövründəbütün icazələrin verilməsi 5 və 7 saylı Bakı “ASAN xidmət” mərkəzləri vasitəsilə həyata keçirilib”.