Son yeniləmə: 8 Yanvar 2024 11:51
2023-cü ildə bu ölkədə korrupsionerlərdən müsadirə edilmiş pulla 43 məktəb tikilib
BAYRAQDAR MEDİA – 2023-cü ildə Qazaxıstanda korrupsionerlərdən müsadirə edilmiş pulla 43 məktəb tikilib.
Xəbəri lada.kz yayıb. Bildirilib ki, Qazaxıstanın Təhsil Nazirliyinin mətbuat xidməti 2023-cü ildə korrupsionerlərdən ələ keçirilən pullarla tikilən məktəblərin əksəriyyətinin Astana, Almatı və Türküstan vilayətlərində yerləşdiyi barədə məluamt verib. “Beləliklə, ölkədə üç qəzalı və 13 üçnövbəli məktəb problemi həll olunub. Nəticədə regionlarda 54,4 min yeni tələbə yeri yaranıb”, – deyə nazirlikdən bildirilib.
Məlumata görə, həmin pulla tikilən paytaxtda 10, Almatı və Türküstan vilayətlərində isə 8 məktəb açılıb. Ümumilikdə 43 təhsil obyekti tikilib.
Məlumata əsasən, “korrupsionerlərin pulu ilə” tikilən ilk məktəb 2023-cü ilin fevralında Aktobe vilayətində açılıb: “Əvvəllər o, yarımçıq tikililər siyahısında idi. Müsadirə olunmuş vəsaitdən 150 milyon tenge tikintini başa çatdırmaq üçün ayrılıb. Dekabrda Prezident Qasım-Jomart Toqayev Astanada korrupsionerlərin pulu ilə tikilmiş 96 nömrəli məktəb-gimnaziyaya baş çəkib”.