Son yeniləmə: 8 Yanvar 2024 11:08
BAYRAQDAR MEDİA – Özbəkistanda “Doc-1 Max” siropundan 69 uşağın ölümü ilə bağlı yeni iş açılıb.
Bu barədə “Xalqın səsi” “Podrobno.uz”-a istinadən xəbər verib.
Məlumata görə, yanvarın 5-də Daşkənd Şəhər Məhkəməsində “Doc-1 Max” işi üzrə məhkəmə prosesi davam edib: “Məhkəmənin sədri Musa Yusupov bildirib ki, 16 uşaq həyati təhlükəsi olan, daha iki uşaq isə yüngül bədən xəsarətləri alıb. Ölən uşaqların ümumi sayı ən azı 69 nəfərdir. Məsələ ilə bağlı daha iki vətəndaş məhkəmə qarşısına çıxarılıb. Bununla da müttəhimlərin sayı 21 nəfərdən 23 nəfərə yüksəlib”.
Məhkəmə prosesi yanvarın 10-da davam etdiriləcək.