Press "Enter" to skip to content

Orta Doğuda sular durulmur

Dos. Dr. Fatih Çağatay BAZ

Son yeniləmə: 6 Fevral 2024 11:31

Dos. Dr. Fatih Çağatay Baz : Oktyabrın 7-də bölgədə bir qığılcımla başlayan yanğın digər ölkələrə də sıçrayıb

BAYRAQDAR MEDİA – “Son zamanlar Orta Doğuda sular durulmur. Bunun mərkəzində də İsraillə HƏMAS arasındakı qarşıdurma dayanır. Bəlli olduğu kimi oktyabrın 7-də səhər saatlarında İsrail günə Qəzzadan atılan raketlərlə başlayıb. HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadaları səhər saat 06:30-da İsrailə qarşı əməliyyata başlayıb. “Əqsa tufanı” adlanan bu hücumlar və bunun ardınca İsrailin qisas alması ilə başlayan müharibə hələ də davam edir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Osmaniye Korkut Ata Üniversitetinin İktisadi ve İdari Bilimler Fakultəsinin dekan yardımcısı Doç. Dr. Fatih Çağatay Baz deyib.

İran 1987-ci ildə qurulan HƏMAS-ın əsas dəstəkçiləri arasındadır

O, qeyd edib ki, oktyabrın 7-də səhər saatlarında bölgədə bir qığılcımla başlayan yanğın hazırda digər ölkələrə də sıçrayıb: “Ölkələr arasında siyasi, hərbi və diplomatik münasibətlərdə gərginlik yaşanır. Bu sırada İran xüsusilə diqqət mərkəzindədir. Çünki İran 1987-ci ildə qurulan HƏMAS-ın əsas dəstəkçiləri arasındadır. Bu ölkənin uzun illərdir ki, təşkilata maliyyə yardımı və külli miqdarda silahlar ayırdığı məlumdur. Buna görə də İsrail illərdir İranın Qəzzaya təchizat yollarını bağlamağa çalışır. Odur ki, ağıla gələn ilk sual budur: HƏMAS-ın İsrailə hücumunun arxasında İran dayanırdı?”.

Doç. Dr. Fatih Çağatay Baz bu sualın meydana çıxmasının konkret səbəbinə də toxunub: “İranın dini lideri Ayətullah Əli Xameneyi oktyabr ayında hücumlar başlayanda televiziyada “Sionist rejimə hücum etməyi planlaşdıranların əllərindən öpürük” bəyanatı vermişdi. Bundan əlavə, Tehran administrasiyası HƏMAS-ın hücumlarını dəstəkləyən bəyanatlar verib. Bütün bunlara əlavə olaraq, BBC-yə danışan HƏMAS sözçüsü, qrupun hücum üçün İrandan birbaşa dəstək aldığını və İranın “Fələstin və Qüds azad edilənə qədər fələstinli döyüşçülərin yanında olacağına” söz verdiyini bildirib. Eyni dövrdə BBC-yə danışan İsrailin xarici kəşfiyyat təşkilatı Mossad-ın keçmiş rəsmisi Haim Tomer, “Hadisədə İranın əli olduğunu güman etmək mübaliğə deyil” deyib”.

Qasım Süleymani İranın Orta Doğu siyasətinin memarı kimi tanınrdı

Müsahibimizn sözlərinə görə, məhz bütün bu hadisələrdən sonra yanvarın 3-də İranın Kirman vilayətində intiharçı hücumu həyata keçirildi: “Burada diqqət çəkən məsələ isə partlayışın 3 yanvar 2020-ci ildə ABŞ-ın Bağdaddakı hücumunda İranın İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandiri Qasım Süleymaninin öldürülməsinin 4-cü ildönümü münasibətilə anım mərasiminin keçirildiyi qəbiristanlığa gedən yolda olması olub. Bəs Qasım Süleymani kim idi? Q.Süleymani İranda dini lider Ayətullah Əli Xameneidən sonra ən güclü şəxs kimi tanınrdı. Bundan əlavə, Q.Süleymani İranın Orta Doğu siyasətinin memarı kimi görünürdü. Q.Süleymani həm də türklərə qarşı məsafəli davraana adam kimi tanınır. Bunlara onu da əlavə edək ki, İrandakı terrorun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb”.

Qeyd olunub ki, bütün bu hadisələri ardıcıllıqla şərh etdiyimiz zaman ortaya maraqlı məqam çıxır: “Görünən odur ki, Orta Doğuda terror təşkilatları kimlər tərəfindən dəstəklənirsə, atəş də güc-tez həmin istiqamətə sıçrayır”.

Mission News Theme by Compete Themes.