BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Xəbərdə bildirilir ki, “imtahanlar Azərbaycan Ordusunun müxtəlif təlim mərkəzlərində sinif otaqları və çöl-səhra şəraitində keçirilir. Sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, həmçinin rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır. Eyni zamanda, hərbi qulluqçular silahlanmada olan döyüş texnikasının ştat silahından və atıcı silahlardan təyin edilmiş hədəflərə müxtəlif məsafələrdən atəş açılması, eləcə də döyüş maşınlarının və avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqlarını yerinə yetirirlər”.
Bildirək ki, şəxsi heyətin döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsi məqsədi ilə keçirilən imtahanlar davam edir.