Press "Enter" to skip to content

Karyerası maraqlı məqamlarla zəngin namizəd

Recep Tayyip Erdoğan Hebi Hatipoğlunun sinəsinə partiyanın üzvlük nişanını taxarkən

Son yeniləmə: 22 Fevral 2024 08:00

2023-cü ildə İYİ Partidən TBBM-ə seçilən Nebi Hatiboğlu 2024-cü ildə AK Partinin Eskişehir Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi oldu

BAYRAQDAR MEDİA – AK Partinin Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Nebi Hatipoğlu oldu. Yanvarın 7-dəki mərasimdə Cümhurbaşqanı Recep Tayyip Erdoğan AK Partinın Eskişehir namizədinin Nebi Hatipoğlu olduğunu açıqladı.

Qeyd edək ki, bu şəxsin karyerası maraqlı məqamlarla zəngindir. 1974-cü ildə Eskişehirdə anadan olan N.Hatiboğlu ali təhsilini Anadolu Universitetinin Biznesin idarə edilməsi fakültəsində alıb və 2005-ci ildə məzun olub.

Yanvarın 7-də keçirilən mərasimdən xatirə fotosu
Yanvarın 7-də keçirilən mərasimdən xatirə fotosu

Eskisehir.net xəbər verir ki, o, 1995-ci ildən şüşə və plastik konstruksiya elementləri sahəsində fəaliyyət göstərən ailə şirkətində menecer vəzifəsində çalışıb: “Onun idarə etdiyi Europen şirkəti 2022-ci ildə birjaya çıxıb. Bu, Eskişehirdə birjaya çıxan ilk şirkət olub. N.Hatiboğlu 2006-2007-ci il mövsümündə “Eskişehirspor” klubunun prezidenti vəzifəsini icra edib. Onun prezidentliyi dövründə Eskişehir millət vəkili Kamal Unakıtan vasitəsilə “Eskişehirspor”un maddi bazası formalaşdırılıb və komanda superliqaya yüksəlib”.

N.Hatiboğlu media sahəsinə də baş vurub. Məlumata əsasən, o, 2021-ci ildə Ekişehirdə nəşr olunan “Milli İrade” qəzetini satın alaraq media sektorunda fəaliyyətə başlayıb.

Ən maraqlısı isə odur ki, 2023-cü il parlament seçkilərində İYİ Partinın Eskişehir millət vəkili seçilən N.Hatiboğlu parlamentin Sənaye, Ticarət, Enerji, Təbii Sərvətlər, İnformasiya və Texnologiyalar Komissiyasında çalışıb.

Lakin 2 noyabr 2023-cü ildə İYİ Partidən istefa verib. 7 noyabr 2023-cü ildə AK Partiyə üzv olub”.

Mission News Theme by Compete Themes.