Son yeniləmə: 8 Yanvar 2024 14:08
Hasan Öztürk: AK Parti İstanbulun problemləri ilə birbaşa məşğul olacaq və gecə-gündüz çalışacaq bir namizədi Ekrem İmamoğlunun qarşısına çıxardı
BAYRAQDAR MEDİA –“AK Parti 2019-cu ildə buraxdığı səhvinin fərqində idi. Bunu xüsusilə İstanbul üçün deyirəm. Həmin seçkilər vaxtı İstanbulda təşkilatla namizəd arasındakı uyğunsuzluq və təşkilatın seçkilərə maraq göstərməməsi uğursuz nəticəyə gətirib çıxarmışdı. O gündən etibarən AK Parti İstanbuldakı təşkilatını tamamilə yenidən nəzərdən keçirdi. Rəhbərlik dəyişdi, incimiş üzvlər geri qaytarıldı və təşkilat qeyri-adi səy göstərdi”.
Bunu qardaş Türkiyədə fəaliyyət göstərən “Ülke” TV-nin rəhbəri, tanınmış jurnalist Hasan Öztürk BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında deyib.
AK Parti bu dəfə daha geniş planlı addım atdı
Yanvarın 31-də keçiriləcək yerli seçkilərə AK Partinin hazırlığına və namizədlər məsələsinə toxunan müsahibimiz qeyd edib ki, partiya bu dəfə daha geniş planlı addım atdı: “Öncədən potensial namizəd olmaq istəyəmlərlə bağlı partiyadaxili rəy sorğuları keçirildi. Cümhurbaşqanı Recep Tayyip Erdoğan da kimin namizəd olması ilə bağlı sorğularda öndə gedən adlar arasında yer alanlardan birinin, o cümlədən İstanbul üçün Murat Kurumun namizədliyi ilə razılaşdı. İstanbulun üzərində heç də xüsusi olaraq dayanmadım. Fikrimizcə, AK Parti seçki təbliğatında İstanbulun problemləri və bələdiyyə məsələləri ilə bağlı məqamlara daha çox üstünlük verəcək bir proqram hazırlayıb”.
İstanbul üçün Murat Kurumun namizəd göstərilməsi olduca əhəmiyyətlidir
Hasan Öztürk bildirib ki, AK Partinin və həm də Cümhur İttifakının İstanbul üçün Murat Kurumu namizəd göstərməsi olduca əhəmiyyətli və vacibdir: “Çünki Murat Kurum 2018-ci ildə ilk dəfə tətbiq edilən Cümhurbaşqanlığı hökumət modelinin ilk ətraf mühit və şəhərsalma naziri olub. İkincisi, Emlak Konut Genel müdirliyi etdiyi TOKİ-də uzun illər mühəndis işləyib. O, çoxlu uğurlar qazanıb. Amma burada vacib olan odur ki, o, fevralın 6-da baş verən zəlzələlərdən sonra 58 gün zəlzələ zonasında qalıb, işləri yerində idarə edib, dəymiş ziyanı qiymətləndirib, 180 min daimi yaşayış evinin təməlini qoyub. TOKİ-nin dövründə o, TOKİ-nin aztəminatlı insanlar üçün 360.000 ev tikməsində böyük rol oynayıb”.
H.Öztürkün sözlərinə görə, M.Kurum İstanbulda da fərqlənir: “Çünki hazırda Türkiyədə İstanbul zəlzələsi addım-addım yaxınlaşır və kentsel dönüşüm (şəhərin bir hissəsinin və ya əhəmiyyətli dərəcədə böyük hissəsinin layihə çərçivəsində mövcud bina ehtiyatlarının, torpaq qruntunun və üzərindəki strukturun mümkün zəlzələlərə qarşı risk dəyərlərinin sistematik şəkildə müəyyən edilməsi prosesidir. Bu layihənin reallaşdırlması çərçivəsində atılan addımlar nəticəsində mümkün zəlzələlərdə baş verə biləcək can və mal itkiləri minimuma endirilir) layihəsi Murat Kurumun xüsusi işlədiyi bir sahədir. Bu kontekstdə Murat Kurumun İstanbulda kentsel dönüşüm və zəlzələyə hazırlığı həyata keçirə biləcəyi ilə bağlı heç bir narahatlıq yoxdur”.
Murat Kurum daha çox iş görən və öz iş sahəsindən kənarda heç nə ilə məşğul olmayan siyasətçidir
Müsahibimiz “Sonda Murat Kurum haqqında bir şey daha deməklə fikrimizi bitirək. Murat Kurum daha çox iş görən və öz iş sahəsindən kənarda heç nə ilə məşğul olmayan siyasətçidir” deyib.
Onun sözlərinə görə, buna görə də Cümhurbaşqanı R.T.Erdoğan və AK Parti İstanbulun problemləri ilə birbaşa məşğul olacaq və gecə-gündüz çalışacaq bir namizədi Ekrem İmamoğlunun qarşısına çıxardı. Xeyirli olsun”, deyə əlavə edib.
Ümumilikdə, yerli seçkilər sanki İstanbul və Ankara üzərində köklənmiş kimi görünür
AK Partinın elan etdiyi digər namizədlərə gəlincə, qeyd edilib ki, onların əksəriyyəti artıq mövcud olan namizədlərdir: “Yəni bir neçə əyalətdə hazırkı bələdiyyə sədrləri yenidən namizəd olublar. Məsələn, Çankırı bələdiyyə sədrinin namizədliyi irəli sürülüb. Daha əvvəl millət vəkili olmuş daha bir şəxsin namizədliyi irəli sürülüb. Bu çərçivədə digər şəhərlərdə də namizədlər ayın 15-də açıqlanacaq. Bu zaman əsas diqqət Ankaraya yönələcək. Hazırda Turgut Altınokun adı Ankarada gündəmə gəlir. Amma hələ dəqiq deyil”.
Müsahibimiz əlavə edib ki, ümumilikdə, yerli seçkilər sanki İstanbul və Ankara üzərində köklənmiş kimi görünür: “Bu kontekstdə düşünürük ki, AK Parti və Cümhur İttifakı yerli seçkilərdə İstanbul və Ankaranı yenidən qazanaraq, CHP-nin nəzarətində olan bələdiyyələrin iş görə bilmədiyini sübut edəcək bir kurs cızacaq”.