Son yeniləmə: 8 Yanvar 2024 15:15
BAYRAQDAR MEDİA – “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə təsərrüfat işləri üzrə direktor müavini/təsərrüfat müdiri, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi davam edir”.
Bu barədə BAYRAQDAR MEDİA-ya yanvarın 8-də BŞTİ-dən məlumat verilib.
Məlumata görə, müsabiqənin test imtahanının nəticələrinə əsasən, keçid balını toplayan namizədlər bal sıralamasına uyğun olaraq müsahibələrə dəvət olunur: “Müsahibənin vaxtı haqqında məlumat namizədlərin qeydiyyatdan keçdikləri əlaqə telefonları vasitəsilə verilir. Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və fərdi səriştələri nəzərə alınır”.