Son yeniləmə: 8 Yanvar 2024 10:58
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi 876 il əvvəl yanvarın 8-də türklərin qələbəsi ilə nəticələnən və Anadolunun türklərin vətəni olmasında böyük əhəmiyyət kəsb edən Kazıkbeli döyüşü üçün anma tədbirləri təşkil edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, “II. Xaçlı Ordusunun Cankurtaran rayonu sərhədlərindən başlayan və Acıpayam düzünə açılan keçiddə məğlubiyyətə uğradığı böyük zəfərin 876-cı ildönümündə tarixi qəhrəmanlar üçün anma proqramı yanvarln 8-də yerli vaxtla saat 12.30-da keçiriləcək. Tədbir Cankurtaran Milli Parkı Piknik Sahəsində olacaq”.
Məlumata əsasən, “proqram çərçivəsində Denizli Türk Ocaqları Başçısı Prof. Dr. Turqut Tokun Kazıkbeli Döyüşü və Nəticələri adlı təqdimatı, Kazıkbeli Müharibə Qalıqları Sərgisi, eləcə də protokol çıxışları olacaq. Anma tədbirləri çərçivəsində 1176 Dərnəyi tərəfindən təşkil edilən ‘İlin Ənənəvi Qızıl Ox Mükafatı’nın təqdimatı ilə Dos.Dr. Gülşen İstek’in “II. Və III Səlib yürüşlərində almanların Denizlidəki fəaliyyətləri” adlı konfrans keçiriləcək. Konfrans yanvarın 8-də yerli vaxtla saat 20.00-da Çatalçeşme Oda Teatrında olacaq”.
Bildirilib ki, hər iki proqrama bütün Denizli sakinləri dəvət olunub.