Son yeniləmə: 8 Yanvar 2024 21:50
BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi, ABŞ-nin Beynəlxalq Din Azadlıqları Komissiyası dünyanın bir sıra ölkələri ilə bağlı hesabat hazırlayıb. Hesabatda, təəssüf ki, Azərbaycanla bağlı ədalətsizlik yer alıb, haqsız və əsassız iddialara yer verilib. Məsələ ilə bağlı BAYRAQDAR MEDİA-nın baş redaktoru Azər Həsrət ingilis dilində yazı yazaraq ABŞ-də dərc etdirib.
Azər Həsrət həm də yanvarın 6-da Real TV-nin canlı efirində fikirlərini bildirib. O, qeyd edib ki, sanki bu hesabatı İran yazıb, ABŞ də imzalayaraq yayıb.
BAYRAQDAR MEDİA-nın baş redaktoru yanvarın 7-də Səs TV-nin canlı efirində də məsələ ilə bağlı geniş fikirlər səsləndirib. O, eyni zamanda qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin də məsələyə münasibət bildirməsi vacibdir.
Maraqlıdır ki, yanvarın 8-də Allahşükür Paşazadə Real TV-yə geniş müsahibə verərək məsələyə gözlənilən münasibətini bildirib. Biz də mövzunun aktuallığını nəzərə alaraq sözügedən müsahibəni təqdim edirik.