Son yeniləmə: 8 Yanvar 2024 09:51
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi yanvarın 7-də qardaş Türkiyənin hakim partiyası AK Parti üçün mühüm günlərdən biri idi. Həmin gün qardaş ölkənin hakim partiyası martın 31-də keçiriləcık yerli seçkilərdə partiyanın bələdiyyə sədrliklərinə namizədlərinin bir qisminin adını bəyan edib.
Bununla bağlı İstanbulda Haliç Konqres Mərkəzində mərasim keçirilib. Mərasimdə çıxış edən Cümhurbaşqanı və AK Parti Genel başqanı Recep Tayyip Erdoğan İstanbul da daxil olmaqla 11 böyük şəhər və 15 vilayətin bələdiyyə sədrliyinə namizədlərini açıqlayıb.
Öncədən xəbər verdiyimiz kimi namizədləri bəlli olan böyük şəhərlər arasında Denizli də var. Gözlənildiyi kimi AK Parti bu şəhərdə hazırki sədr Osman Zolanla yola davam etmək qərarı verib.
Əslində, bu qərar tamamilə anlaşılan və gözləniləndir. Çünki O.Zolan bu postda fəaliyyət göstərdiyi ötən müddətdə xalqa yaxınlığı və fədakarlığı ilə tanınıb.
Həm də Azərbaycan dostu kimi tanınan Osman Zolanın bu dəfə də xalqın böyük əksəriyyətinin dəstəyini qazanacağına kimsə şübhə etmir.