Press "Enter" to skip to content

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

MÜTDA

BAYRAQDAR MEDİA – Yanvarın 10-u saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı xəbərdə qeyd edilir

Xəbərdə deyilir ki, “tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək”.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Mission News Theme by Compete Themes.